» » » Dövlət Statistika Komitəsinin qarşısındakı dairə ləğv olunur – XƏRİTƏ

Dövlət Statistika Komitəsinin qarşısındakı dairə ləğv olunur – XƏRİTƏ

Dövlət Statistika Komitəsinin qarşısındakı dairə ləğv olunur – XƏRİTƏ

Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairə ləğv olunacaq.

Bu dəyişiklik Bakı şəhərinin yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin və nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi istiqamətində görülən işlərin çərçivəsində baş tutacaq.

“Azəravtoyol” ASC-dən Ucarliyiq.biz-a daxil olan məlumata görə, İnşaatçılar prospekti ilə Bakıxanov küçəsinə doğru hərəkətdə olan avtonəqliyyat vasitələri üçün Dövlət Statistika Komitəsinin qarşısındakı dairəyə giriş məhdudlaşdırılacaq. 

Onların hərəkəti Nərimanov prospektinə yönəldiləcək. Avtonəqliyyat vasıtələri prospektdə yeni yaradılacaq yol hissəsindən geri dönərək Abdulla Şaiq küçəsi ilə yenidən İnşaatçılar prospektinə çıxaraq həm geriyə, həm də düzünə hərəkətlərinə davam edə biləcəklər.

Hərəkətin normal təşkili üçün Nəriman Nərimanov prospektində hərəkət birtərəfli olacaq. Əks istiqamət üzrə hərəkət Abdulla Şaiq küçəsi vasitəsi ilə təmin olunacaq. Sözügedən ərazidə dəyişikliklər həm Dövlət Statistika Komitəsinin qarşısındakı, həm də Nəriman Nərimanovun heykəlinin yerləşdiyi dairələrə çatmamış geri dönməni təmin etmək üçün yeni yol hissələri salınacaq.

Aparılan yenidənqurma işləri nəticəsində hərəkətin bu cür təşkil olunması hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və tıxacların aradan qaldırılması üçün hesablanıb.

.
ucarliyiq.biz