» » » Ulvira Qarayevanın çalışacağı telekanal bəlli oldu

Ulvira Qarayevanın çalışacağı telekanal bəlli oldu

Ulvira Qarayevanın çalışacağı telekanal bəlli oldu

Fəaliyyəti dayandırılmış ANS telekanalının keçmiş əməkdaşı, tanınmış aparıcı Ulvira Qarayeva yenidən efirə qayıdır.

Ucarliyiq.biz-ın ölkə.az-a istinadən məlumatına görə, aparıcı ARB TV-yə keçib.

Məlumatı telekanalın strateji inkişaf direktoru İsmayıl Həsənov təsdiqləyib:

“Tamaşaçılar Ulvira Qarayevanı gələn həftədən etibarən ARB TV-nin efirində izləyə biləcəklər. Aparıcının hansı verilişi təqdim edəcəyini isə yaxın günlərdə açıqlayacağıq”.

Qeyd edək ki, yeni efir mövsümündən etibarən bir çox keçmiş ANS əməkdaşı ARB TV-yə keçib.

A.S.
ucarliyiq.biz