» » » Gəray Gəraybəyli: Dekanlıq tələbələrə hədə-qorxu gəlib

Gəray Gəraybəyli: Dekanlıq tələbələrə hədə-qorxu gəlib

Gəray Gəraybəyli: Dekanlıq tələbələrə hədə-qorxu gəlib

“Bəzən tələbələrdən “Rektorun bizi qəbul edəcəyini gözləsək də, düşə bilmirik” kimi fikirlər eşidirəm”.

Ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin rektoru, Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəylinin APA-ya müsahibəsində deyib.

Rektor qeyd edib ki, həftədə 2 dəfə olan qəbul günlərində ən azı 5-ə yaxın tələbə qəbul olunur: 

“Təbii ki, 7 min tələbənin qəbulu ilə məşğul olsam, onda gərək başqa heç bir iş görməyim. Digər tərəfdən, müasir menecment onu tələb edir ki, hər kəs cavabdeh olduğu sahəyə baxmalıdır. Dekan, dekan müavininin birinci işi, məsuliyyəti tələbələrin qayğısına qalmaq, onların maraqlarını qorumaqdır.

Düzdür, kimsə deyə bilər ki, hansısa fikirləri desək də, rektora çatdırılmır. Bəli, hələlik bu da var. Tələbələrlə görüşümdən sonra bir qrup tələbə mənə məktub yazıb və orada da qeyd ediblər ki, dekanlıq rektorla görüşdə hansısa məsələləri açıqlamamaq barədə əvvəldən onlara hədə-qorxu gəlib. Amma indi nəyisə 1-2 gündən artıq gizlətmək olmur...”

Rektor əlavə edib ki, hazırda müəllimlərin attestasiyası üçün xüsusi kriteriyalar hazırlanıb. Müəllimlər bu kriteriyalara uyğun sertifikasiyadan keçəcəklər: “Onların topladığı ballar bizə göstərəcək ki, müəllim nə dərəcədə öz üzərində işləyir və inkişafdadır. Tələbələr haqlı olaraq qeyd edir ki, elə müəllimlər var ki, hələ də 30 il əvvəlki mühazirəni oxuyur. 20 il əvvəl saralmış vərəqlərdə yazılmış xəstəlik simptomları bu gün də dərslərdə keçilir.

Ali məktəbin qaydalarına əsasən, hər müəllim 5 ildən bir öz vəzifəsinə yenidən seçilir. Çox vaxt onlar adi hesabat verərək işə başlayırdılar. Hesabatlar bəzən yoxlanılmırdı. İndi isə seçkilər açıq aparılacaq.

Artıq boş vakant yer üzrə müsabiqədə bu vaxta kimi həmin yerdə işləyən müəllimlə yanaşı, kənardan olan mütəxəssislər də iştirak edə bilər. Mətbuatda, universitetin saytında və qəzetində bir ay öncə vakant yer barədə elan verilir. Hər bir müəllim yerini saxlamaq üçün istər elmi, istərsə də klinik səviyyədə biliyini daima artırmalıdır”.

.
ucarliyiq.biz