» » » Əhali maaşların gecikdirilməsindən şikayətlənir

Əhali maaşların gecikdirilməsindən şikayətlənir

Əhali maaşların gecikdirilməsindən şikayətlənir

“6 438 şikayət daxil olub”.

2015-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlardan 6 438 şikayət daxil olub.

ucarliyiq.biz xəbər verir ki, Trend-in məlumatına görə, bunu mətbuat konfransında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Fuad Əlizadə deyib.

Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb:

“Şikayətlər əsasən işverənlərin əmək haqlarını gecikdirmələri ilə bağlıdır”.