» » » Moskvada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Moskvada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Moskvada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Bu gün Moskvada Kreml meydanında “Xalqların Birliyi Günü” adlı parad keçirilib.

Ucarliyiq.biz-ın xəbərinə görə, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva üzrə rəhbəri Şamil Tağıyev APA-ya bildirib ki, paradda azərbaycanlılar fəal iştirak ediblər.

ÜAK, “Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının qatıldığı paradda xeyli sayda Azərbaycan bayraqları, milli mədəniyyət nümunələri, Azərbaycanla bağlı şüarlar, o cümlədən “Qarabağ” ansamblının musiqi nömrələri nümayiş etdirilib.

Ş.Tağıyev bildirib ki, parad keçirilən vaxt bir qrup erməni separatçı Dağlıq Qarabağ rejiminin bayrağını nümayiş etdirməyə cəhd göstərib.

“Lakin azərbaycanlıların sərt reaksiyası nəticəsində polisin və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən bunun qarşısı alınıb, qondarma qurumun bayrağı yığışdırılıb.

Rusiya Prezident Administrasiyasının paradda iştirak edən rəsmisi də separatçıların bayrağını nümayiş etdirənlərə narazılığını çatdırdı”, - deyə Ş.Tağıyev qeyd edib.

Moskvada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Moskvada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb

Moskvada ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb

N.О.