» » » Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edildi

Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edildi

Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edildi

2 noyabrda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis etdiyi şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi Şurasının qərarı ilə təqaüd rejissorluq fakültəsinin 4-cü kurs tələbəsi Günel Qafarovaya verilib.

Bu barədə Ucarliyiq.biz-a kinostudiyadan bildirilib.

Qeyd edək ki, Vaqif Əhmədov adına təqaüd Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və ADMİU arasında imzalanan birgə əməkdaşlıq haqqında niyyət protokolu əsasında təsis edilib. Təşəbüssün əsas məqsədi peşəkar kino məktəbinin istedadlı davamçılarını aşkar etmək, iddialı tələbələrə dəstək olmaqdır.

Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edildi

Şəhid rejissor Vaqif Əhmədov adına təqaüd təqdim edildi

A.S.
ucarliyiq.biz