» » » Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Bakının Nərimanov rayonunda məhv edilmiş yaşıllıqlar bərpa olunub.

Ucarliyiq.biz xəbər verir ki, IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də IDEA İctimai Birliyinin Təbiətə Təcili Yardım – 1113 “Qaynar xətt”inə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 25 ünvanında qanunsuz ağac kəsilməsi ilə bağlı sakinlər tərəfindən şikayət daxil olmuşdur. Dərhal hadisə yerinə yollanan IDEA-nın mütəxəssisləri aidiyyəti dövlət qurumları ilə birlikdə ərazidə 2 ədəd ağacın qeyri-qanuni kəsildiyini müəyyən etmişlər.

Yaşıllıqların bərpası məqsədilə həmin ərazi nəzarətə götürülmüş və qeyd olunan ünvanda 9 ədəd sərv və şam ağacı əkilmişdir.

Ağacəkmə aksiyasında IDEA İctimai Biriliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olan 235 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın icrası nəticəsində paytaxtımızda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub. Qabaqlayıcı tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi təsis edildiyi dövrdən etibarən həyata keçirdiyi genişmiqyaslı ağacəkmə aksiyaları çərçivəsində ölkə ərazisində 5 milyondan çox ağac əkilib.

IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhvə vermək, insanların diqqətinin yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.

IDEA İctimai Birliyi bütün vətəndaşları yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı yaradılan “Qaynar xətt”ə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

Leyla Əliyevadan göstəriş: Kəsilən 2 ağacın yerinə, 9-u əkildi - FOTO

A.S.
ucarliyiq.biz