» » » Şəmkirdə avtomobil sürüyə çırpılıb, 26 qoyun tələf olub

Şəmkirdə avtomobil sürüyə çırpılıb, 26 qoyun tələf olub

Şəmkirdə avtomobil sürüyə çırpılıb, 26 qoyun tələf olub

Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində avtomobil qoyun sürüsünə çırpılıb.  

Ucarliyiq.biz-ın APA-ya istinadən xəbərinə görə, Gəncə şəhər sakini Nizami Quliyevin idarə etdiyi “Mazda” markalı avtomobil yolu keçən qoyun sürüsünə çırpılıb. Nəticədə Könüllü kənd sakinlərinə məxsus 150 baş xırda buynuzlu heyvandan 26-sı tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.