» » » Lombardların qanunsuz əməlləri, diqqətli olun!– VİDEO

Lombardların qanunsuz əməlləri, diqqətli olun!– VİDEO

Lombardların qanunsuz əməlləri, diqqətli olun!– VİDEO

Ağdaşda bir qrup sakin lombardın toruna düşüb.

Lombarda qızıl əşyalarını qoyub, pul götürdülər. Amma pulu qaytarsalar da, qızıllarını ala bilmirlər.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən Ağdaşda baş verən hadisənin təfərrüatlarını təqdim edir.

Ağdaşda bir qrup sakin lombardın toruna düşüb. Onlar deyir ki, qızıl qoyub, pul götürüblər. Alınan pullar faizi ilə qaytarılsa da, lombard qızılları sahiblərinə verməyib. Sevda Hacıyeva da zərəçəkənlərdən biridir.

Müştərilər ödənişi tam etdikdən sonra qızıllarını tələb ediblər, amma gözləmədikləri cavabla qarşılaşıblar.

Qeyd edək ki, analoji hal bir neçə müştərinin də başına gəlib.

Lombard fəaliyyəti ilə məşğul olan şirkətin rəhbəri Babək Muradov qızılların satıldığını etiraf etsə də, bunun əvvəlki rəhbərin vaxtında baş verdiyini deyib. O, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirib.

Qızılların hansı şəkildə qaytarılması da müəmmalı olaraq qalır.