» » » “İnterpol”un prezidenti dəyişib

“İnterpol”un prezidenti dəyişib

“İnterpol”un prezidenti dəyişib

“İnterpol”un yeni prezidenti seçilib.

Ucarliyiq.biz-ın məlumatına görə, təşkilatın “Twitter” səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, “İnterpol”un yeni sədri Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey olub.

Yeni prezident “İnterpol”un İndoneziyada keçirilən 85-ci Baş Assambleyasının sessiyasında seçilib.

M.Hunvey bu postda Miley Belestrazini əvəz edib.

“İnterpol”un Rusiya Milli Bürosunun sədri, general-mayor Aleksandr Prokopçuk isə təşkilatın vitse-prezidenti seçilib.