» » » Qanunsuz fəaliyyət reklam olunur, nəzarət edən isə yoxdu – VİDEO

Qanunsuz fəaliyyət reklam olunur, nəzarət edən isə yoxdu – VİDEO

Qanunsuz fəaliyyət reklam olunur, nəzarət edən isə yoxdu – VİDEO

Qeyri-adi üsullarla insanları müalicə etdiyini iddia edir. Üstəlik, bu fəaliyyətini küçəyə qoyduğu lövhə ilə reklam edir.

Bakıda bir nəfər çıldaq etməklə məşğuldur. Özünü reklam etmək üçün isə evinin qapısına böyük bir elan vurub. Bəs görəsən, hər ürəyi istəyən şəxs, fəaliyyət dairəsini reklam edə bilərmi? Reklam lövhələrinə kim nəzarət etməlidir?

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, həmin şəxs qeyri-adi üsullarla insanları müalicə etdiyini iddia edir. Üstəlik, bu fəaliyyətini küçəyə qoyduğu lövhə ilə reklam edir.

Bura, Bakı şəhərinin Xətai rayonu, Süleyman Əhmədov küçəsidir. Çıldaq edən şəxs, daha çox müştəri cəlb etmək üçün qapısına reklam vurub. Özü də lövhəni kustar üsulla yox, xərc çəkərək peşəkarcasına hazırlatdırıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, zəli ilə müalicə kimi bəzi əlavə təbabət sahələri var. Lakin falçılıq, çöpçülük və çıldaqlamaya qanunla icazə verilmir. Yəni, bu işlə məşğul olanlar lisenziyası olmadan fəaliyyət göstərirlər.

Çıldaqçılığın qanunla qadağan olması bir yana, bunun rekalam edilməsi özü ayrılıqda qanunaziddir.

Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin sədri Hacıəmi Atakişinin sözlərinə görə, belə reklamların qarşısının alınmasında Səhiyyə Nazirliyinin böyük rolu var. Nazirlik Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə məktub ünvanlamalıdır.

Qeyd edək ki, qanunsuz reklam aşkarlandığı təqdirdə, onu yerləşdirən şəxs barəsində lövhənin ölçüsündən asılı olaraq 50 manat və daha artıq məbləğdə cərimə nəzərdə tutulur.