» » » Pirşağı qəsəbəsindəki evlərin bir hissəsi sökülür – VİDEO

Pirşağı qəsəbəsindəki evlərin bir hissəsi sökülür – VİDEO

Pirşağı qəsəbəsindəki evlərin bir hissəsi sökülür – VİDEO

Sabunçu rayonu Pirşağı qəsəbəsində 10-a yaxın evin hasarı sökülüb. Lakin söküntü işlərini aparan qurum nə bir sənəd tədim edib, nədəki mülk sahiblərinin razılığını alıb. Əksər vətəndaşlarsa evlərinin sənədlərinin qaydasında olduğunu bildirirlər.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, hasarlar sökülüb, sahiblərindən isə heç bir razılıq alınmayıb.

Görüntülər Sabunçu rayonu Pirşağı qəsəbəsindəndir. Qəsəbədə yerləşən 10-a yaxın evin həyətyanı sahəsindəki hasarlar sökülüb.

Sakinlərin sözlərinə görə, işləri aparanlar söküntü ilə bağlı heç bir sənəd təqdim etməyiblər. Tapşırığın hansı qurumdan alındığını da demirlər. Lakin danışıqlar zamanı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları olduğu bilinib.

Sakinlər bildiriblər ki, mülk sahibləri ilə heç bir razılaşma da əldə olunmayıb. Hətta bəzi hasarları sahibindən xəbərsiz sökübər. Uçurtduqdan sonra isə bir neçə metr içəridə yenidən inşa edirlər. Tikintini də qurumun özü həyata keçirir.

Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən bildirildi ki, ərazidə yeni geniş yol salınacaq. Bu səbəbdən də tikinti sahəsinə düşən hasarlar sökülür. Kompensasiya məsələlərini isə Sabunçu Rayon İcra Hakimiyyəti həll edəcək.

İcra Hakimiyyəti başçısının köməkçisi Müslüm Mahmudov isə bildirdi ki, söküntü işləri ilə yanaşı, kompensasiya və dəyən ziyanın ödənilməsi də “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.