» » » İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısında

İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısında

İlham Əliyev dünyanın ən nüfuzlu müsəlmanları siyahısında

Reytinqə həmçinin Alim Qasımov və Allahşükür Paşazadə daxil olub.

Azərbaycan Prezidenti İlham Əliyev planetin ən nüfuzlu 500 müsəlmanı siyahısına düşüb.

ucarliyiq.biz xəbər verir ki, 500 nüfuzlu müsəlmanın növbəti siyahısı (The Muslim 500-2016) Corctaunda yerləşən Müsəlman-xristian qarşılıqlı anlaşma Mərkəzinin dəstəyi ilə Amman Kral İslam strateji araşdırmalar mərkəzi tərəfindən dərc edilib.

Bununla yanaşı, Azərbaycandan olan ən nüfuzlu müsəlmanlar arasında reytinqə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə və muğam ifaçısı Alim Qasımov daxil olub.

Bu il siyahıya İordaniya kralı II Abdullah ibn əl-Hüseyn liderlik edir, ondan sonra “Əl-Əzhar” Qahirə universitetinin imamı şeyx Əhməd Mühəmməd əl Tayib gəlir. Siyahıda üçüncü isə Səudiyyə Ərəbistanının kralı Salman ibn Abdel Əzizdir.

Bununla yanaşı, The Muslim 500 reytinqində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emomali Rahmon da yer alıb.

Siyahı 2009-cu ildən başlayaraq hər il dərc edilir.