» » » Salyanda avtomobil iki qadını vurub, ölən var

Salyanda avtomobil iki qadını vurub, ölən var

Salyanda avtomobil iki qadını vurub, ölən var

Salyan rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucarliyiq.biz-ın Report-a istinadən xəbərinə görə, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun yaxınlığında, Qırxçıraq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, iki qadın piyadanı avtomobil vurub. Hələlik şəxsiyyəti məlum olmayan qadınlardan biri hadisə yerində dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan digər yaralı - Şirvan şəhər sakini, 53 yaşlı Gülbəniz Nüsrət qızı Camalova isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.