» » » Cənub bölgəsində torpaq sürüşməsi aktivləşib – FOTO

Cənub bölgəsində torpaq sürüşməsi aktivləşib – FOTO

Cənub bölgəsində torpaq sürüşməsi aktivləşib – FOTO

Azərbaycanın cənub bölgəsində torpaq sürüşməsi yenidən aktivləşib.

Ucarliyiq.biz-ın Report-a istinadən verdiyi xəbərə görə, sürüşmə aktivliyi bu dəfə Masallı rayonunun Zuvand və Güllütəpə kəndlərində qeydə alınıb.

Sürüşmə hələlik otlaq və əkin sahələrində müşahidə olunur, Güllütəpə ərazisində torpağ qatı təqribən 150 m uzununa 50 metr eninə sürüşüb. 

Kənd ərazi icra nümayəndəsi Əlövsəd Muradov "Report"a bildirib ki, sürüşmə pay torpaqlarına ziyan vurub: 

“Demək olar 60 sot yarğan əmələ gətirib. Dağətəyi zona olduğundan bütünlüklə əkin sahələridir. Torpağın alt qatında əhəng suxurları var. Ona görə də yayda çatlar əmələ gəlir, yağış yağanda sürüşür”. 

Torpağ sürüşməsi artıq Güllütəpədə 4 vətəndaşın paybəlli torpağını əhatə edib. Bu səbəbdən sakinlər həmin ərazilərdə əkin-biçin apara bilmirlər.

Masallı rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndindəki qədim sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunur. Burada isə paybəlli sahələrindən fərqli olaraq evlər ziyan çəkib. Kənddə köhnə isdifadəsiz evlərdən biri dağılıb, daha birində çat əmələ gəlib.

Qeyd edək ki, Masallı ilə yanaşı, Lerikdə də ayrı-ayrı yerlərdə torpaq sürüşməsi və çökmələr müşahidə olunur. Bölgədə mülayim hava şəraiti hökm sürdüyündən aktivlik hələlik səngiyib.