» » » İlham Əliyev Beyləqanda – FOTO

İlham Əliyev Beyləqanda – FOTO

İlham Əliyev Beyləqanda – FOTO

Prezident İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna gəlib.

Ucarliyiq.biz Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb.

İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO

Prezident İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib.

Ucarliyiq.biz Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO

Prezident İlham Əliyev noyabrın 12-də “Beyləqan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.

Ucarliyiq.biz Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlət başçısına məlumat verdi ki, “Beyləqan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi artıq yekunlaşıb. Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 24,3 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Beyləqan şəhəri ilə yanaşı, rayonun 7 min nəfər əhalinin yaşadığı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən 31 min 300 sakin faydalanacaq.

Bildirildi ki, layihənin icrasına 2012-ci ildə başlanılıb və mərhələlərlə həyata keçirilib. İlkin mərhələdə Beyləqan şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün rayonun Əlinəzərli kəndi yaxınlığında ümumi məhsuldarlığı saniyədə 95 litr olan 5 subartezian quyusu qazılıb. Quyu ərazisində iki su anbarı, xlorator binası və nasos stansiyası tikilib. Su mənbəyindən Beyləqan şəhərinə 8,6 kilometr uzunluğunda magistral kəmər çəkilib, şəhərdə mövcud olmuş və ümumi tutumu 4000 kubmetr olan iki su anbarı da təmir edilib.

Qeyd edildi ki, layihənin ikinci mərhələsində Beyləqan şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulub. Bu məqsədlə 91,5 kilometr uzunluğunda içməli su şəbəkəsi yaradılıb, 5846 ünvana birləşmə verilib və abunəçilər sayğacla təmin olunub. Şəhərdə 413 yanğın hidrantı quraşdırılıb. Yeni yaradılmış su təchizatı sistemləri vasitəsilə şəhərə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib. Layihə çərçivəsində Beyləqan şəhərində 75 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, 1,7 kilometr uzunluğunda kollektor inşa edilib. Şəhərin kanalizasiya şəbəkəsinə 5120 ünvanın qoşulması təmin olunub. Bununla da Beyləqan şəhərinin içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb.

Bildirildi ki, layihəyə uyğun olaraq Beyləqan Sukanal İdarəsi üçün müasir standartlara cavab verən yeni inzibati bina da tikilib. 700 kvadratmetr ərazisi olan binada Heydər Əliyev guşəsi qurulub, Ulu Öndərin büstü qoyulub. Binada müasir standartlara cavab verən laboratoriya, konfrans zalı, işçi otaqları və kafe yaradılıb. Bundan başqa, burada mühasibatlıq, dispetçer, müştəri xidmətləri fəaliyyət göstərəcək. Layihənin növbəti mərhələsində şəhərdə yaranacaq tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun inşası nəzərdə tutulur.

Qeyd olundu ki, yeni layihənin icrasına qədər Beyləqanda mövcud infrastruktur istehlakçıların tələbatını ödəməyə imkan vermirdi. Çünki şəhərin içməli su və kanalizasiya sistemləri 1960-1970-ci illərdə yaradılıb. Əlli kilometr uzunluğunda içməli su şəbəkəsi şəhərin bir hissəsini əhatə edib və istismar müddəti başa çatıb. Yeni layihənin icrasına qədər Beyləqan şəhərində yaşayan 15 min sakinin 8 minə qədəri və ya təqribən 53 faizi mərkəzləşdirilmiş qaydada qrafikli rejimlə su ilə təmin olunub.

Bildirildi ki, Azərbaycan Hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” Göyçay, Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Bu layihə çərçivəsində 2015-ci ildə Göyçay şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb, tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Ağdaş şəhərində içməli su və kanalizasiya şəbəkələrinin inşası başa çatmaq üzrədir. Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə isə tender keçirilib, podrat müqaviləsi imzalanıb və tikinti işlərinə hazırlıq görülür.

Sonra Prezident İlham Əliyev Beyləqan şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO

Noyabrın 12-də Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə tanış olub.

Ucarliyiq.biz Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı yolun texniki göstəricilərini, görülən işləri əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yolun 22 kilometrlik hissəsinin açılışı 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə olub. Cari ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Bildirildi ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO

Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub.

Ucarliyiq.biz-ın məlumatına görə, son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkənin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır.

Dövlət başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, ölkəmizdə müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də “Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır.

Məlumat verildi ki, bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq “Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq “Xocavənd” yarımstansiyasından yüksəkgərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.

Dövlət başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. “Qarabağ Taxıl” MMC “Səba” şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Şirkətin səhmlərinin 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. “Səba” MMC-yə, həmçinin “Səba” quş əti istehsalı müəssisəsi, “Biləsuvar Aqro” MMC-nin süd məhsulları zavodu, “Dəvəçi Broyler Dərin Emal” MMC aiddir.

Prezident İlham Əliyevə təsərrüfatda soya və silosluq qarğıdalı biçini, buğda səpini prosesi nümayiş olundu.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına istehsal prosesi haqqında məlumat verdi.

Azərbaycan Prezidenti soya paxlasının əkin sahələri, məhsuldarlıq, istehsalı, ixracı, emalı və idxalın əvəzlənməsi imkanlarına dair məlumatları əks etdirən stendlərə baxdı.

Soya paxlasının emalından soya jmıxı, şrotu və soya yağı alınır, eləcə də soya paxlasının 85-90 faizi yem və bitki yağına çevrilir. Yem tamamilə heyvan qidası üçün istifadə edilir. Quşçuluqda qidalanmada soyanın xüsusi çəkisi 32-35 faiz, dəyər çəkisi isə 48-53 faizdir. Heyvandarlıqda isə bu göstəricilər müvafiq olaraq 18-20 faiz və 53-58 faiz təşkil edir.

“Səba” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Natiq Quliyev dövlətimizin başçısına məlumat verdi ki, müəssisə ölkədə yetişdirdiyi quşları öz yemi ilə bəsləyən yeganə şirkətdir. Burada yetişdirilən qarğıdalı və digər dənli bitkilər, soya məhsulu “Səba” quşlarının əsas yemini təşkil edir. 2013-cü ildən bu müəssisə “Səba” quşçuluq sahəsinin idxal olunan qarğıdalı yeminə tələbatını yerli məhsul hesabına tam aradan qaldırıb. Bu ildən böyük sahədə becərilməyə başlayan soya isə növbəti illərdə soyaya da idxal tələbini aradan qaldıracaq.

Diqqətə çatdırıldı ki, qarğıdalı və ondan alınan məhsullar üzrə respublikanın illik tələbatı təxminən 600 min ton, soyada isə 160 min ton təşkil edir. Bu məhsulların idxalının əvəzlənməsi üçün əlavə olaraq 50 min hektar qarğıdalı, 40 min hektar soya əkilməsinə ehtiyac var.

Sonra dövlətimizin başçısı iri fermer təsərrüfatlarının, aqroparkların, eləcə də “Qarabağ Taxıl” MMC-nin fəaliyyətlərini, həmçinin müəssisənin ilkin və mövcud vəziyyətini, təsərrüfatda dövlət investisiyası hesabına görülən işləri əks etdirən stendlərlə tanış oldu.

İqtisadiyyat naziri Şahin Mustafayev məlumat verdi ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Hazırda Şəmkir rayonunda ərazisi 543 hektar olan aqroparkda logistik mərkəz, çeşidləmə və qablaşdırma, istixana, bağçılıq, tingçilik və digər istehsal, həmçinin infrastruktur müəssisələri yaradılır. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bildirildi ki, təsərrüfatın yarandığı ilk illərdə 2250 hektar sahədə ərzaq buğdası əkilib və hər hektardan 5,5 ton olmaqla 12,4 min ton məhsul götürülüb. 2000 hektar sahədə isə qarğıdalı əkilib və hər hektardan 12 ton olmaqla 24 min ton yüksək keyfiyyətli məhsul istehsal edilib. Bu il növbəli əkinlə əlaqədar 250 hektar sahədə taxıl biçini aparılıb və hər hektardan 5,7 ton olmaqla 1,4 min ton taxıl götürülüb. İki min hektar dənlik qarğıdalı əkini sahəsində də biçin aparılıb. Hər hektardan 14 ton olmaqla 28 min ton məhsul əldə edilib. 1600 hektar soya əkini sahəsinin 1000 hektarında aparılan biçin zamanı hər hektardan 3,3 ton olmaqla 3,3 min ton məhsul istehsal edilib. Taxılı biçilmiş 160 hektar ərazidə isə silosluq qarğıdalı əkilib və yaxın günlərdə yaşıl kütlənin biçininə başlanılacaq. Təsərrüfatda dənlik qarğıdalıda məhsuldarlıq hər hektardan 140 sentnerədək, taxılda 60 sentnerədək və soya paxlasında isə 35 sentnerədək təşkil edir. Bundan əlavə, layihənin ikinci mərhələsi üzrə 1000 başlıq müasir heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulub. Layihənin icrası nəticəsində 130-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 350 manat təşkil edir. Təsərrüfatda 20 adda 80 kənd təsərrüfatı texnikası və bütün infrastruktura malik özəl aqroservis yaradılıb. Buradakı təsərrüfat texnikası dünyanın aparıcı şirkətlərinin istehsalıdır və yüksək məhsuldarlıq əldə etməyə geniş imkan yaradır. İki hektar sahəsi olan aqroservisdə texniki təmir, yanacaqdoldurma, texnikanın yuyulması məntəqələri və digər infrastruktur var.

Təsərrüfat ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin işçiləri ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.

İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO

İlham Əliyev Beyləqanda – FOTO

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Ucarliyiq.biz xəbər verir ki, Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib.

Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, son illər müasir məktəb binaları tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub, mövcud məktəblər isə günün tələbləri səviyyəsində əsaslı təmir edilib. Təqdirəlayiq haldır ki, bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bütün bölgələri əhatə edib. Yeni məktəblərin inşası və onların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən mühüm işlər şübhəsiz ki, müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından vacib addımlardandır. Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Azərbaycan Prezidenti məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, tikintisinə ötən il başlanılan məktəb binasında inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Ümumi sahəsi 2900 kvadratmetrədək olan məktəbin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin bu rayona səfərlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.

Müasir sinif otaqlarının olduğu məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Məktəbdə əyani vəsaitlə təchiz olunan fənn laboratoriyaları qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn laboratoriyalarının olduğu məktəbdə informatika kabineti də kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan var. Məktəbin ətrafında geniş yaşıllıq zolağı salınıb, abadlıq işləri görülüb.

İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO

Prezident İlham Əliyev noyabrın 12-də Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Ucarliyiq.biz xəbər verir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət və qayğı göstərilir.

Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.

Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896 kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Altı qrup otağının olduğu bağçada uşaqların təlim-tərbiyəsi və onların ilkin biliklərə yiyələnməsi üçün hər cür şərait var. Burada balacalar üçün musiqi və gimnastika, yataq və yemək otaqları yaradılıb və zəruri avadanlıqla təchiz olunub.

Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənmələri üçün meydança da qurulub. Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO
İlham Əliyev Beyləqanda – FOTO