» » » Pakistan təyyarəsi Bakıda məcburi eniş etdi

Pakistan təyyarəsi Bakıda məcburi eniş etdi

Pakistan təyyarəsi Bakıda məcburi eniş etdi

Pakistan Beynəlxalq Hava Yollarının (Pakistan International Airlines) Mançester-İslamabad marşrutu ilə uçan təyyarəsi (RK-702 reysi) fövqəladə vəziyyətə görə bu gün Heydər Əliyev Bakı beynəlxalq aeroportunda məcburi eniş edib.

Ucarliyiq.biz Virtual Azərbaycan saytına istinadən xəbər verir ki, bu barədə Pakistanın Samaa telekanalı məlumat yayıb.

Pakistan aviaşirkətinin nümayəndəsi telekanalın jurnalistinə bildirib ki, bu reysin iki sərnişini təcili Bakı klinikalarından birinə çatdırılıb.

Telekanalın məlumatına görə, Pakistanın Bakıdakı səfirliyinə bu hadisə haqqında məlumat verilib.

Həmin iki sərnişini klinikaya göndəriləndən sonra təyyarə İslamabada yola düşüb.