» » » “National Geographic Kids” jurnalının yeni dərs ilində ilk təqdimatı – FOTO

“National Geographic Kids” jurnalının yeni dərs ilində ilk təqdimatı – FOTO

Dərginin redaktoru jurnal barədə ətraflı məlumat verib.

“National Geographic Kids” jurnalı orta təhsil müəssisələrində şagird və müəllim heyətlərini məlumatlandırmaq məqsədilə ötən tədris ilində başladığı təqdimatı yeni dərs ilində də davam etdirir.

ucarliyiq.biz xəbər verir ki, yeni dərs ilində “National Geographic Kids” jurnalının ilk təqdimatı Bakı şəhəri 269 saylı orta məktəbdə keçirildi. Təqdimatda III-VI sinif şagirdləri və məktəbin müəllimləri iştirak etdilər. Ümumilikdə, “National Geographic” cəmiyyəti haqqında məlumatı olan şagirdlər dünyaca məşhur bu jurnalın artıq Azərbaycanda da nəşr olunmasına çox sevindilər.

Dərginin redaktoru Könül Nəsibova jurnal barədə ətraflı məlumat verməklə yanaşı, müəllim və şagirdlərin çoxsaylı suallarını da cavablandırdı. Bütün iştirakçılara “National Geographic Kids” jurnalının müxtəlif buraxılışları təqdim edildi. Bundan əlavə, keçirilən kiçik müsabiqədə fərqlənən şagirdlərə hədiyyə olaraq jurnalın yeni – oktyabr buraxılışı hədiyyə edildi.  

Xatırladaq ki, 2014-cü il 12 noyabr tarixində “Garant Media Holding” və “National Geographic” Cəmiyyəti arasında “National Geographic Kids” uşaq jurnalının Azərbaycanda dərc olunması ilə bağlı müqavilə imzalanmışdı.

Jurnalı istənilən satış nöqtəsindən ala bilməklə yanaşı, ona həm də abunə olmaq mümkündür. Qiyməti 3 manatdır. Azərbaycanın istənilən nöqtəsində istənilən ünvana çatdırılma pulsuzdur.

Abunə yazılmaq və əlavə məlumat almaq üçün (012) 563 56 25 (daxili nömrə 302) nömrəsinə zəng edə bilərsiniz.