» » » Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

“Şose” deyəndə ağıla şüşə kimi asfaltı, maşınların rahat hərəkəti üçün geniş imkanlar verən yol gəlsə də, bunu Binəqədi şosesinə aid etmək olmaz.

Ucarliyiq.biz milli.az-a istinadən xəbər verir ki, bu yolda ötən ay yağan intensiv yağışlardan sonra vəziyyət hələ də gərgin olaraq qalır, asfalt isə yararsız haldadır.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Oktyabrın 17, 18-də yağan yağışların yollarda nəqliyyatı iflic etməsi, iri gölməçələr yaratması, maşınların yolda qalması, mühərriklərinin sıradan çıxması, avtobusların buferlərinin qırılması, nömrələrin itməsi barədə məlumat vermişdik.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Həmin yağışdan həftələr keçməsinə baxmayaraq sözügedən ərazidə hələ də ciddi problemlər qalmaqdadır.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

“Binəqədi evimizdir, evimizi təmiz saxlayaq” lövhəsi vurulan dəmir yol körpüsündən başlayıb “təzə yol” adlanan əraziyə kimi davam edən şose 5 kəndə (Binəqədi, Novxanı, Mehdiabad, Fatmayi, Goradil və Novxanı) getmək üçün əsas yoldur.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Şosenin Poladtökmə zavodu və “təzəyol” adlanan hissəsindəki su xüsusi texnika ilə çəkilib. Lakin bir neçə gün suyun altında qalan asfalt örtüyü dağılıb. Buna görə də maşınların hərəkəti ləngiyir.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Hətta elə vəziyyət yaranıb ki, “Zəngəzur” şadlıq sarayı qarşısındakı 4 yolda günün 14 saatı sıxlıq olur. Hər gün səhər 8-ə qalmışdan yaranan tıxac axşam 10-a işləmişə kimi davam edir. Üstəlik, bu, sadəcə, iş günlərinə aid deyil, sözügedən ərazidə həftəsonu da sıxlıq olur.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Şose boyu uzanan tıxac 1 aya yaxındır ki, sürücü və sərnişinləri cana yığıb. Tıxaca səbəb isə 4 yolun birləşdiyi hissədəki asfalt örtüyünün yarasız hala düşməsidir. Bu hissədə oktyabrdan yağan yağışların suyu hələ də qurumayıb, üstəlik yolun bir hissəsi qazılıb və şoseyə birləşən yollardan gələn iri tonnajlı yük maşınları dar yoldan keçərkən yol tamamilə bağlanır.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Əraziyə cəlb olunan polis əməkdaşları isə tıxacı dağıtmaq üçün şoseyə girmək istəyən maşınlara məhdudiyyət qoyurlar. Bu isə sürücülərin və sərnişinlərin gedəcəkləri məkana saatlarla gec çatmasına səbəb olur. Yoldakı gölməçələrə görə evə piyada getmək istəyənlərin də arzusu ürəklərində qalır.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Yaranan vəziyyətə isə ən çox sevinənlər taksi sürücüləridir. Çünki onlar fürsətdən istifadə edərək yolun tıxac olmasını bəhanə edib qiyməti 3 dəfə qaldırıblar. Hətta bəzi taksi sürücülər var ki, “50 manat da versən, o yolu getmərəm” deyərək sərnişinlərə “naz edirlər”. Amma sakinlərin dediyinə görə, lap 50 manat da verilsə, son günlərdə həmin 7 dəqiqəlik yolu 1 saatdan tez keçmək olmur.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Xoşbəxtlikdən, bir neçə gündür havalar yağmursuz keçir. Yağış yağsa, yollar yenə su ilə dolacaq və yeni tıxacların yaranması üçün “əlverişli şərait” yaranacaq.

Bakıda günün 14 saatı tıxac olan yoldan FOTOREPORTAJ

Görünür, problemin həll olunması üçün yazı gözləmək lazımdır. Yaz gələr, su buxarlanar, yollar qazılar, hər il olduğu kimi kanalizasiya sistemi “qurular”, ondan sonra Binəqədi yolu olar əsl şose. Sakinlər ən azından buna ümid edirlər.