» » » Prezident yeni Komissiya yaratdı – ÜZVLƏRİ

Prezident yeni Komissiya yaratdı – ÜZVLƏRİ

Prezident yeni Komissiya yaratdı – ÜZVLƏRİ

Prezident İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Ucarliyiq.biz sərəncama istinadən xəbər verir ki, ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranıb.

Sərəncam qeyd edilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzalanıb.

Sərəncama əsasən Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. On üzvdən ibarət komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

Komissiyanın sədri

Ramiz Mehdiyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Komissiyanın üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;

Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri;

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri;

Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri;

Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.

Dövlət Komissiyasına sərəncamda göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmaq, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirmək, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.