» » » Lənkəranda 3 yaşlı uşağı maşın vurub

Lənkəranda 3 yaşlı uşağı maşın vurub

Lənkəranda 3 yaşlı uşağı maşın vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qamışovka kəndi ərazisində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan minik avtomobili yolu keçmək istəyən piyada, 2013-cü il təvəllüdlü Elmar Nazim oğlu Əmənovu vurub. Xəsarət almış azyaşlı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımdan sonra onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.