» » » “Nar” milli irsin qorunmasına həsr olunmuş televiziya layihəsinə dəstək oldu

“Nar” milli irsin qorunmasına həsr olunmuş televiziya layihəsinə dəstək oldu

“Nar” milli irsin qorunmasına həsr olunmuş televiziya layihəsinə dəstək oldu

İlk verilişin 3 oktyabr 2015-ci il tarixində efirə getməsi planlaşdırılır.

“Nar” 2015-ci ilin oktyabr ayından etibarən, Lider TV-də efirə gedəcək “Nadir və unudulmuş” verilişinin sponsorluğunu öz üzərinə götürdü. 

Layihə çərçivəsində çəkiləcək silsilə verilişlər ənənəvi olaraq həftənin şənbə günü axşam saatlarında yayımlanacaq, onların təkrarı isə bazar ertəsi günü efirə gedəcək. 

Lider TV ilə yanaşı verilişin internet-televiziya vasitəsilə də yayımlanması nəzərdə tutulur (Youtube.com  və s.). İlk verilişin 3 oktyabr 2015-ci il tarixində efirə getməsi planlaşdırılır.
 
Qeyd edək ki, layihə çərçivəsində Azərbaycan mətbəxinin nadir, unudulmuş və qədim reseptlərinin aşkar olunaraq ictimaiyyətə təqdim edilməsi fikri önəm daşıyır. Bu məqsədlə, ucqar yaşayış məntəqələrinə ekstremal şəraitdə həyata keçiriləcək macəralı səfərlərin təşkil edilməsi nəzərdə tutulur. Fərhad Aşurbəylinin aparıcılığı ilə çəkiləcək verilişlərin olduqca maraqlı olacağı gözlənilir. 
 
Hər zaman milli-mədəni irsin qorunub-saxlanmasına və adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə xüsusi önəm verən “Nar”, layihə çərçivəsində internet məkanında verilişlə bağlı müsabiqə keçirəcək. Layihənin yaradıcı heyəti müsabiqə qaliblərinin evlərinə təşrif buyuracaq və məhz qalibin evində çəkilmiş veriliş efirə gedəcək.