» » » Qobustanda ömürlük həbs cəzası alan məhkum öldü

Qobustanda ömürlük həbs cəzası alan məhkum öldü

Qobustanda ömürlük həbs cəzası alan məhkum öldü

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda ömürlük həbs cəzasına məhkum edilmiş şəxs ölüb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. 

Qobustan qapalı həbsxanasında cəza çəkən 1961-ci il təvəllüdlü Xanbala Məmmədovun səhhəti qəfildən pisləşib və müalicə müəssisəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq, X. Məmmədovu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.