» » » Azərbaycanda meşələrin qənimi kimdir?– VİDEO

Azərbaycanda meşələrin qənimi kimdir?– VİDEO

Azərbaycanda meşələrin qənimi kimdir?– VİDEO

Ağstafa rayonunun Saloğlu ilə Muğanlı kəndlərinin arasındakı meşə zolağında ağaclar kəsilir.

Ucarliyiq.biz Space TV-yə istinadən xəbər verir ki, əsasən akasya ağaclarından ibarət olan meşənin ağacları kəsilib.

Meşənin dərinliyinə getdikcə artıq mişarla kəsilmiş 200-dən cox 10-15 metr hündürlüyündə ağaclar yığılıb. Bunlar ərazidən sakitcə cıxarılması üçün səliqəli şəkildə yığılıb. Meşənin dərinliyində səs-küydən uzaq olan ərazidə yük maşını və işçi qüvvə işləyirdi. Öyrəndik ki, bunlar Köçvəlili kənd məktəbinin əməkdaşlarıdır. Məktəbdə qaz olmadığından qızdırıcı kimi odundan istifadə edirlər. Bu səbəbdəndə qış ehtiyatı üçün quru odun toplayırlar. Bəs onda bu qədər ağaca qənim kəsilən kimdir? Çox keçmədi ki, əraziyə cavabdeh olan meşəbəyi Səməd Qocayev gəlib çıxdı. Ağacların qırılması ilə bağlı fikir bildirməkdə çətinlik çəkən meşəbəyi Ağstafa Rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktor müavini ilə əlaqə saxlamağımızı istədi. Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktor müavini Anar müəllim isə telefonla söhbət zamanı qırılan 100-lərlə ağacı oduncaq kimi qələmə verdi:

- Bizim qırıntı sahəmiz var, oduncaq tədarük edirik.

- Hara tədarük edirsiniz?

- İndi sovxozlar olmadığı üçün məktəblərə tədarük edirik.

Anar müəllimin sözlərinə görə, meşədən kəsilən ağaclar məktəblərin isdilməsi üçün verilir. Amma gözlə görünən material formasında toplanmış bu qədər gövdəsi nəm olan ağac hər halda nədənsə xəbər verir. Adından da göründüyü kimi, Meşələrin Mühafizəsi və Bərpası İdarəsi, deyəsən, mühafizə və bərpadan çox talama işinə baxır. Ümid edirik ki, təbiətin ağciyərlərinə qənim kəsilən bu cür insanlar cəzasını alacaqlar.