» » » Azərbaycanlı gənc 800 manata 100 km/saat sürət yığa bilən traktor hazırladı – VİDEO

Azərbaycanlı gənc 800 manata 100 km/saat sürət yığa bilən traktor hazırladı – VİDEO

Azərbaycanlı gənc 800 manata 100 km/saat sürət yığa bilən traktor hazırladı – VİDEO

Traktor 80-100 kilometr-saat sürət yığa bilir, üstəlik də kənd təsərrüfatı işlərində kömək edir.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət azərbaycanlı avtomobil ustası Araz Hüseynovdan gedir.

Gürcüstanın Marneuli rayonunun Arıklı kəndində yaşayan usta mini traktor hazırlayıb.

Traktorun hazırlanmasında müxtəlif avtomobillərin qurğularından istifadə edib. Mühərrik hissəsinə isə “VAZ 21011”  avtomobilinin mühərrikini qoyub.

Araz Hüseynovun sözlərinə görə, mini traktoru boş vaxtlarında hazırlayıb. Ümumilikdə traktorun hazırlanmasına 700-800 manat arası pul xərcləyib.

Mini traktor ona əsasən kənd təsərrüfatı işlərində kömək olur.