» » » Mənzil alarkən bunları bilməlisiz - VİDEO

Mənzil alarkən bunları bilməlisiz - VİDEO

Mənzil alarkən bunları bilməlisiz - VİDEO

Vətəndaşlar özlərini mümkün risklərdən sığortalamalıdırlar.

Son illər vətəndaşların üzləşdiyi ən aktual problemlərdən biri də yeni tikilən binalardan mənzil alarkən aldanmaları, bir mənzilin eyni vaxtda bir neçə nəfərə satılması məsələləridir. Bu cür problemlərin yaranma səbəblərindən biri də vətəndaşlarin hüquqi biliklərinin yetərli olmamasıdır.

ucarliyiq.biz-ın xəzərxəbər-ə istinadən məlumatına görə, bünövrəsi yenicə qoyulmuş binanın hələ tikilməyən mərtəbələrindən mənzil alınır, nəticədə tikinti yarımçıq qaldıqda vətəndaş külli miqdarda ziyana düşür.

Bu problemin kökündə isə bir çox hallarda vətəndaşın qanunlardan xəbərsiz olmaları dayanır. Söhbət vətəndaşların "Kooperativlər haqqında" qanunu bilməmələrindən gedir. Bu qanun isə məhz tikintisi başa çatmamış binalardan mənzil almış vətəndaşların hüquqlarının qorunmasına təminat verir. Ekspertlər deyirlər ki, vətəndaşlar özlərini mümkün risklərdən sığortalamaq üçün mənzil-tikinti kooperativlərinə üzv olmalıdırlar.

Kooperativin üzvü olmaq həmçinin, vətəndaşa şirkətin maliyyə xərclərindən və tikinti işlərinin gedişatından məlumatlı olmaq imkanı verir.

Beləki, bu binalardan mənzil alarkən yalnız alqı-satqı haqqında müqaviləsi ilə kifayətlənmək əslində yetərli deyil. Əgər bir insan hələ tikintisi başlamayan binadan mənzil almaq istəyirsə, verdiyi pulun müqabilində kooperativə üzv daxil olmalıdır.

Əslində isə binanın təsisçiləri bu müqavilənin insanlarla bağlanmasında maraqlı deyillər. Ekspertlərin sözlərinə görə binanın gəlirlərinin artması həmin koorperativə üzv olanların da səhmlərinin artması deməkdir ki, bu da hec bir təsisçiyə sərf etmir və buna görə də bu qanun barədə alıcılara xəbər vermirlər.

Kooperativdə hissəya malik olmaqla alıcı bir başa özünü risklərdən siğortalamış olur. Yəni hər hansı baş verə biləcək problemdə mənzil sahibi həmin kooperativdən qanuni olaraq öz pay hissəsini ala bilir.