» » » Bakıda evakuator qaydaları pozub, təhlükə yaratdı – VİDEO

Bakıda evakuator qaydaları pozub, təhlükə yaratdı – VİDEO

Bakıda evakuator qaydaları pozub, təhlükə yaratdı – VİDEO

Evakuator yedəyinə aldığı avtomobillə birlikdə geriyə hərəkət edir.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, bu vaxt evakuator digər istiqamətdə işıqforun yaşıl işığında hərəkət edən nəqliyyat vasitələri üçün qəza şəraiti də yaradır.

Üstəlik, yolda hərəkəti tənzimləyən heç bir polis əməkdaşı da yoxdur. Evakuator sürücüsünün bu təhlükəli hərəkəti Şəmsi Bədəlbəyli və Səməd Vurğun küçələrinin kəsişməsində lentə alınıb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirdi ki, faktla tanış olduqdan sonra araşdırma aparılacaq. Evakuator sürücüsü müvafiq qaydada cərimə olunacaq.