» » » Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Bakıda Vidadi 148 ünvanında yerləşən evin fasadından Sara Aşurbəylinin 90 illik yubileyinə quraşdırılmış memorial lövhəsi itib. 

Ucarliyiq.biz 1news.az-a istinadən xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsinin istifadəçiləri məlumat yayıblar.

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Lövhənin şənbə günündən bazar gününə keçən gecə itdiyi bildirilir. 

“Evin sakinləri bu hadisəyə sosial şəbəkə və KİV-də mümkün qədər diqqət çəkməyi xahiş ediblər. Ümid edirlər ki, xəbər hakimiyyət nümayəndələrinə və Sara Aşurbəylinin qohumlarına, əsasən də İqor Aşurbəyliyə çatacaq” – “Facebook”da ucansican bloqunda yazılır.

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO
Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Mənbənin sözlərinə görə, bir neçə gün öncə burada bir nəfər memorial lövhənin şəklini çəkib.

“Lövhə axşam oğurlanıb, çox güman ki, satmaq məqsədi ilə”, - mənbə bildirib.

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Bakı şəhərinin Nəsimi Rayon Polis İdarəsində memorial lövhənin oğurlanması faktı üzrə axtarış-əməliyyat işi aparılır.

“Oğruların tutulması üçün səy göstərilir, eləcə də əlvan metal qəbul edən məntəqələr də nəzarət altına alınıb”, - idarədən bildirilib.

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Sara Aşurbəyli -  sovet tarixçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, Bakı Dövlət Universitetinin şərqşünaslıq, Azərbaycan Pedaqoji İnstitutunun xarici dillər fakültələrini bitirmişdir.

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

Bakıda binanın fasadından Sara Aşurbəylinin lövhəsini oğurladılar – FOTO

Tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət” ordeni və respublikanın Əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin fəxri doktoru adını almışdır.