» » » Göyçayda ağır qəza: Ölən var

Göyçayda ağır qəza: Ölən var

Göyçayda ağır qəza: Ölən var

“Mercedes” “KAMAZ”la toqquşub.

Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib.

ucarliyiq.biz-ın APA-ya istinadən məlumatına görə, hadisə saat 23 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 206-cı km-də, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb.
 
Göyçay sakini, 1967-ci il təvəllüdlü Novruz Əhmədovun idarə etdiyi “99-GJ 253” dövlət nömrəli nişanlı “Mercedes” markalı minik avtomobili qarşı tərəfdən gələn İsmayıllı rayon sakini 1994-cü il təvəllüdlü Natiq Məlikovun idarə etdiyi  “90 JG 229” dövlət nömrəli nişanlı KAMAZ yük avtomobili ilə toqquşub.
 
Hadisə zamanı minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib.