» » » Sələmə pul verənlər həbs edilə bilərlər – VİDEO

Sələmə pul verənlər həbs edilə bilərlər – VİDEO

Sələmə pul verənlər həbs edilə bilərlər – VİDEO

Sələmçilərin qoyduqları faiz isə xeyli yüksək olduğundan sonradan onun ödənişində problemlər yaranır.

Hazırda banklar krediti əsasən dollarla verdiyindən və üstəlik, dolların məzənnəsindəki mütəmadi yüksəliş bu valyuta ilə kreditə marağı azaldır. Bu vəziyyətdə təcili pula ehtiyacı olanlar sələmçilərə üz tuturlar.

Ucarliyiq.biz Xəzər TV-yə istinadən xəbər verir ki, sələmçilərin qoyduqları faiz isə xeyli yüksək olduğundan sonradan onun ödənişində problemlər yaranır. Halbuki ölkəmizdə sələmçilik ilə məşğul olmaq qanunla qadağandır.

Millət vəkili Tahir Kərimlinin sözlərinə görə, sələmçiliklə məşğul olan şəxslər, hətta cinayət məsuliyyətinə belə cəlb edilə bilərlər.

Tahir Kərimli deyir ki, üstəlik, sələmçidən alınan və geri qaytarılmayan pula görə sələmçi vətəndaşı məhkəməyə verə bilməz.