» » » Azərbaycanda əhali nə dərəcədə vətənpərvərdir?– SORĞU

Azərbaycanda əhali nə dərəcədə vətənpərvərdir?– SORĞU

Azərbaycanda əhali nə dərəcədə vətənpərvərdir?– SORĞU

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci ilin noyabr ayının 17-də Azadlıq meydanında Sovet dövlətinin Azərbaycana qarşı apardığı siyasətə etiraz olaraq mitinq başlandı. Dekabr ayının əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. 1988-ci ilin noyabr hadisələri milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Azərbaycanın istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Bu tarixi hadisənin 27-ci ildönümündə “ACT Azərbaycan” Bakı sakinləri arasında vətənpərvərlik mövzusunda sorğu keçirib. “Özünüzü nə dərəcədə vətənpərvər hiss edirsiniz?” sualını cavablandıran respondentlərin 97%-in cavabı müsbət olub.

Ucarliyiq.biz “ACT Azərbaycan”-a istinadən, 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

10 ballıq şkala ilə ölçülən sorğu nəticələrinə görə şəhərin ən vətənpərvər sakinləri yaşlı nəslin nümayəndələridir. 45 yaşa qədər olan respondentlər arasında göstəricilər 8.3- 8.7 bal arasında dəyişdiyi halda 65 və daha yuxarı yaş həddində olan ahıl vətəndaşların nəticələri 9.6 bala qədər yüksəlir. Sorğu nəticələrini ümumiləşdirib demək olar ki, Bakı sakinlərinin vətənpərvərlik hissi 10 ballıq şkala üzrə 8.8 bala bərabərdir.

“Könüllü olaraq ordu sıralarına qoşularsınızmı?” sualına ümumilikdə respondentlərin 61 %-i müsbət cavab verib. Bu addımı atmağa hazır olan kişilər sorğuda 86 % səs toplayıblar. Rəyi soruşulan hər 10 qadından 7-si ölkənin könüllü əsgəri olmağa hazır olduğunu bildirib (69%).

Övladını ordu sıralarında görmək istəyənlər də sorğuda fəallıq göstərib. 79% respondent övladının hərbi xidmət keçməsini istədiyini bildirib. Rəyi soruşulanların cəmi 4 %-i oğlunun əsgər getməsinə qarşı çıxıb.

Sorğu 29 oktyabr - 2 noyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yalnışlıq həddi maksimum 4.9 %-dir.

Azərbaycanda əhali nə dərəcədə vətənpərvərdir?– SORĞU