» » » Peşə məktəblərində pambıqçılıq ixtisası öyrədiləcək – VİDEO

Peşə məktəblərində pambıqçılıq ixtisası öyrədiləcək – VİDEO

Peşə məktəblərində pambıqçılıq ixtisası öyrədiləcək – VİDEO

Ölkədə pambıq tarlalarının artırılması ilə bu sahədə çalışacaq kadrlara da ciddi ehtiyac yaranıb. Elə bu səbəbdən Təhsil Nazirliyi tərəfindən bir sıra peşə məktəblərində pambıqçı ixtisasının öyrədilməsinə qərar verilib. 

Ucarliyiq.biz “Space” TV-yə istinadən xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən peşə liseyində yenicə açılmış ixtisasa bu il 20 nəfər şagird qəbul olunub.

Pambıqçı ixtisasında təhsil alanlar yeni peşəyə sahib olmalarını son illər kənd təsərrüfatının bu sahəsinin hiss olunacaq dərəcədə dirçəlməsi ilə əlaqələndirirlər.

Cəlilabad peşə liseyində kənd təsərrüfatının müxtəlif sahələrinə aid yeni ixtisasların yaradılması gələcək pambıqçıların bilik və bacarıqlarını daha da təkmilləşdirməsinə yaxından kömək edir. 

Gənc pambıqçılara peşə liseyindəki təlim təsərrüfat sahələri ilə yanaşı rayondakı pambıq sahələrində əyani olaraq bu sahənin özəllikləri dərindən öyrədilir. Yeni ixtisas üzrə təhsil alan məzunlar 2 ildən sonra artıq pambıqçılıq sahəsində çalışmağa başlayacaqlar. 

Artıq qonşu Biləsuvar, eləcə də Cəlilabadda pambıqçılıqla məşğul olan torpaq sahibləri peşə liseyinin məzunlarını işə qəbul eləmək üçün bura müraciət də ediblər.