» » » Xaçmazda yanğın: 35 yaşlı kişi öldü

Xaçmazda yanğın: 35 yaşlı kişi öldü

Xaçmazda yanğın: 35 yaşlı kişi öldü

FHN məlumat yaydı.

Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

ucarliyiq.biz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunda ümumi sahəsi 25 kv.m olan köməkçi tikilinin döşəməsi 2 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1980 ci il təvəllüdlü Şıxəliyev Rövşən Seyidbaba oğlunun yanmış meyiti aşkar olunub. 

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.