» » » Yasamalda civə təhlükəsi

Yasamalda civə təhlükəsi

Yasamalda civə təhlükəsi

FHN məlumat yayıb.

Bakı mənzillərinin birində sakinləri civə təhlükəsi ilə üzləşiblər.

ucarliyiq.biz Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir.

Əməliyyat saat 23:10-da başa çatmışdır.