» » » “28 Cinema”da “Döyüşçü” filmi

“28 Cinema”da “Döyüşçü” filmi

“28 Cinema”da “Döyüşçü” filmi

Bu filmi hamı gözləyirdi.

“Döyüşçü” filmində MMA döyüşləri üzrə peşəkar idmançı qardaşların dramatik əhvalatı əks olunub. 

ucarliyiq.biz xəbər verir ki, əsər qardaşların və onların atalarının həyat prizmasından göstərilən sədaqət və dəyərlər, ailə, illər boyu xatirimizdə daşıdığımız, istəmədən törətdiyimiz incikliklər, qəlbimizdəki şəfqət haqqındadır. 

Roman Rodin dəniz piyadası sıralarından doğma Kalininqrada qayıdır. Atası və böyük qardaşı Vyaçeslavın burada olmasına baxmayaraq o, tənhadır: onlar uzun müddətdir ki, ailə deyillər və ünsiyyət qurmurlar. Oğullarının çempion olmasını arzulayan ata istedadlı boks məşqçisidir, indi peşman olan bu adam arzularından əl çəkib balıqçılıqla məşğul olur. Slava isə həyat yoldaşı ilə xəstə qızlarının müalicəsinə pul qazanmaq üçün var qüvvələri ilə çalışırlar...

Hər şeyi düzəltmək şansı böyük mükafat fondu olan qarışıq döyüş növləri üzrə beynəlxalq turnirin başlaması ilə meydana gəlir. Hər iki qardaş iştirak etmək qərarına gəlir, və Roman atasına yardım üçün müraciət edir.     

Qardaş qardaşla, ata oğu ilə rinqdə görüşəndə keçmişin kabuslarına qalib gələ biləcəklərmi?

Fedor Bondarçuk, Sergey Bondarçuk, Svetlana Xodçenkova, Vladimir Yaqlıç, Yuri Yakovlev-Suxanov, Aleksandr Novin və başqalarının daxil olduğu aktyor komandasının oyununu qeyd etməmək mümkün deyil. 

Tamaşaçılar üçün bu gözəl filmin baxışından zövq almaq imkanını “28 Cinema” kinoteatrı yaradacaq. Qeyd edək ki, film yalnız bir həftə nümayiş etdiriləcək.