» » » Rusiya Azərbaycanlı Gənclər Birliyinin forumu keçiriləcək

Rusiya Azərbaycanlı Gənclər Birliyinin forumu keçiriləcək

Rusiya Azərbaycanlı Gənclər Birliyinin forumu keçiriləcək

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) VII forumu keçirləcək.

Ucarliyiq.biz xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib.

Onun sözlərinə görə, AMOR-un VII Forumu dekabrın 6-da Crocus Sərgi Mərkəzində baş tutacaq:

“AMOR-un sədri Leyla Əliyevanın qərarı ilə təşkilatın növbəti forumunun keçirilməsi qərara alınıb. Foruma 500-də çox nümayəndə, fəxri qonaqlar, Rusiya və Azərbaycanın rəsmi şəxsləri qatılacaq. Bundan başqa forumda AMOR-un Rusiyanın 62 regional bölməsindən olan fəalları, Azərbaycan diasporunun və Rusiyadakı gənclər təşkilatlarının nümayəndələri iştirak edəcəklər”.

E.Hacıyev Forumun Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutacağını söyləyib:

“Forum çərçivəsində plenar iclaslar keçiriləcək. Bunlar “Multikulturalizm millətlərarası və dövlətlərarası münasibətlərin əsası kimi”, “2017-ci il Rusiyada ekologiya ili - Azərbaycan gəncliyinin töhfəsi”, “AMOR-un diasporun möhkəmlənməsində rolu” və “Gənclər biznesdə: startapların yaranması və inkişafı” plenar iclaslardır”.

AMOR nümayəndəsi Forumun sonunda Rusiya və Azərbaycan estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramının təşkil olunacağını da qeyd edib.