» » » Fərəhin anası: Balamı gəlin donuna deyil, kəfənə bürüdüm – FOTO

Fərəhin anası: Balamı gəlin donuna deyil, kəfənə bürüdüm – FOTO

Fərəhin anası: Balamı gəlin donuna deyil, kəfənə bürüdüm – FOTO

“Arzuları ilə bir yerdə getdi Fərəhim....” 

Ucarliyiq.biz xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında 12 yaşlı Fərəf Yaqubovanın 3 mərasimində mərhumun anası Şahnaz Əliyeva deyib. Əlləri hər yerdən üzülən ananı heç nə ovundura bilməyib:

Fərəhin anası: Balamı gəlin donuna deyil, kəfənə bürüdüm – FOTO

“Fərəh məni tək qoyub getdi. Bala anasına qarşı necə etibarsız olarmış? 33 şagirdin hamısını qızıma görə çox istəyirdim. Ay Allah, sənə neynəmişdim. Allah heç bir anaya bala dağı göstərməsin. Hər hün Fərəhi dərsə öpüb yola salırdım. Deyirdi “ay ana gəl küçədə görüşək”. Razı olmurdum. Qonşunun uşağı baxırdı, anasız idi, istəmirdim ki, bizi görüb yetimliyini hiss etsin. Bütün zəhmətim heçə getdi. Anan qurban sənə, məni niyə tənha qoydun Fərəh? Arzuları ilə qoşa gedən Fərəhim can. Fərəf mənə elə bir dağ verdi ki...Toyu qiyamətə qalan balam can. Gəlin olmayan Fərəhim lay-lay. Bircə arzum vardı, onu oxudub ağ paltarda gəlin köçürmək. Balamı gəlin donuna deyil, kəfənə bürüdüm”.

Fərəhin anası: Balamı gəlin donuna deyil, kəfənə bürüdüm – FOTO

Fərəh Yaqubovanın sinif yoldaşlarının valideynləri də onun niyə belə addım atdığını başa düşmürlər.