» » » Dərbənddə Azərbaycan sərdarının unikal sikkələri tapıldı

Dərbənddə Azərbaycan sərdarının unikal sikkələri tapıldı

Dərbənddə Azərbaycan sərdarının unikal sikkələri tapıldı

Dağıstan Elm Mərkəzinin arxeoloqları tərəfindən Dərbənddə aparılan qazıntılar zamanı VIII əsrə aid unikal ərəb sikkələri aşkar edilib.

Ucarliyiq.biz Virtual Azərbaycan saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin sədr əvəzi Murtuzəli Hacıyev məlumat verib.

Onun sözlərinə görə, tapıntı Azərbaycan Sərdarının kəsdirdiyi naxışlı xırda mis sikkələrdən ibarətdir.

İlkin ehtimala görə, həmin sikkələr eramızdan əvvəl 743-744-cü illərdə Dərbənddə kəsilib. Həmin dövrdə şəhərdə zərbxana olub və istisna olunmur ki, tapılmış artefakt alimlərə onun mövcudluğu haqda yeni məlumatlar verəcək.