» » » Goranboyda dəhşətli qəza: Ölən və yaralananlar var – FOTO

Goranboyda dəhşətli qəza: Ölən və yaralananlar var – FOTO

Goranboyda dəhşətli qəza: Ölən və yaralananlar var – FOTO

Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində baş verən qəzada ölən və yaralıların kimlikləri məlum olub.

Ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, ölən şəxs “Mercedes” markalı avtomobilin sürücüsü, Kəlbəcər rayon sakini, 1982-ci il təvəllüdlü Murad Nəzərovdur.

Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar isə Kəlbəcər rayon sakinləri - 1986-cı il təvəllüdlü Rövşən Şahnəzərov, 1976-cı il təvəllüdlü Aftandil Şahverdiyev və 8 yaşlı Azad Nəzərovdur. Yaralılardan A.Şahverdiyevin vəziyyəti normal, digər iki nəfərinki isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, noyabr ayının 21-də saat 01:30 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan “KamAZ” yolun hərəkət hissəsində dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəza zamanı minik avtomobili yanıb. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.