» » » “Nə?Harada?Nə zaman?”da Rövşən Əsgərov xəbərçilik etdi?– VİDEO

“Nə?Harada?Nə zaman?”da Rövşən Əsgərov xəbərçilik etdi?– VİDEO

“Nə?Harada?Nə zaman?”da Rövşən Əsgərov xəbərçilik etdi?– VİDEO

Noyabrın 20-də Rusiyanın ictimai telekanalında yayımlanan məşhur “Nə? Harada? Nə zaman?” verilişində qalmaqal baş verib.

Ucarliyiq.biz xəbər verir ki, qalmaqal verilişin oyunçusu Rövşən Əsgərovla “Nə? Harada? Nə zaman?” elitar klubun magistrı Andrey Kozlov arasında baş verib.

Belə ki, Rövşən Əsgərov Andrey Kozlovu Gürcüstandan olan oyunçu İya Metvereliyə kömək etməkdə günahlandırdı. Bu iddia ilə razılaşmayan Kozlov isə Rövşəni “alçaq” adlandırdı.

Əsgərovun iddiasına əsasən, İya Metvereli aparıcının kitab rəfləri ilə bağlı verdiyi sualı səsləndirməyə hazırlaşan zaman Kozlov sualın cavabını oyunçuya bildirdi.

Kozlov isə öz növbəsində, sualın cavabını həmkarları ilə müzakirə etdiklərini, oyunçuya bu məsələdə heç bir köməklik göstərmədiyini açıqlayıb.

Aparıcı Andrey Kozlovun kömək etməsindən də xəbərsiz olduğunu, baş vermiş hadisə olə bağlı ona operatorlar tərəfindən heç bir məlumatın daxil olmadığını bildirdi. Amma gələcəkdə bu cür halların baş verməməsi üçün aparıcı Rövşənə qırmızı kart təqdim etdi. Bu kart vasitəsi ilə Əsgərov tərəfindən veriliş zamanı aşkarlanan nöqsanları diqqətə çatdıra biləcək.