» » » Yol polisindən sürücülərə müraciət: Könüllü gələnlər cərimələnməyəcək

Yol polisindən sürücülərə müraciət: Könüllü gələnlər cərimələnməyəcək

Yol polisindən sürücülərə müraciət: Könüllü gələnlər cərimələnməyəcək

Noyabrın 1-dən bu günə qədər texniki baxışdan keçməyən 300-dən artıq avtomobil cərimələnib.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, noyabrın 1-dən avtomobillərin növündən və markasından asılı olmayaraq texniki baxış müddəti bitib. O bildirib ki, texniki baxışdan keçməməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunublar.

Bölmə rəisi sürücülərə müraciət edib: “Texniki baxışdan keçmə müddətinin bitməsinə baxmayarq, idarə etdiyi nəqliyyat vasitəsini könüllü şəkildə Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim edənlər inzibati məsuliyyətə cəlb olunmayacaq. Həmin yerdə fasiləsiz olaraq avtomobillərə baxış keçirilir və texniki cəhətdən saz olan avtomobillərə birka verilir. Ancaq yolda saxlanılsa, güzəşt olunmur”.