» » » Bakıda qadını avtomobil vuraraq öldürüb

Bakıda qadını avtomobil vuraraq öldürüb

Bakıda qadını avtomobil vuraraq öldürüb

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobil piyada qadını vuraraq öldürüb. 

ucarliyiq.biz Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Məlumata əsasən, oktyabrın 2-də saat 21 radələrində paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Röyal İsayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Səkinə Hacıxanovanı vurub. Xəstəxanaya yerləşdirilən S.Hacıxanova orada ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi araşdırma aparır.