» » » Meteoroloqlardan hava şəraiti ilə əlaqədar əhaliyə – XƏBƏRDARLIQ

Meteoroloqlardan hava şəraiti ilə əlaqədar əhaliyə – XƏBƏRDARLIQ

Meteoroloqlardan hava şəraiti ilə əlaqədar əhaliyə – XƏBƏRDARLIQ

Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ucarliyiq.biz-a verilən məlumata görə, havanın minimal temperaturu 23-24-də 0-4° şaxta təşkil edəcək.

Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.