» » » Növbəti “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək

Növbəti “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək

Növbəti “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək

Dekabrın 1-dən 2017-ci ilin yanvarın 15-dək “Nargis Fund”un rəhbərliyi ilə Fəvvarələr meydanında növbəti - dördüncü “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.

Ucarliyiq.biz AZƏRTAC-a istinadla xəbər verir ki, ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə ehtiyacı olan uşaqlara (müalicə, əməliyyat və s.) yardım göstərəcəklər.

Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.