» » » “McDonald’s Azərbaycan” aksiyada iştirak edən bütün müştərilərinə təşəkkür edir

“McDonald’s Azərbaycan” aksiyada iştirak edən bütün müştərilərinə təşəkkür edir

“McDonald’s Azərbaycan” aksiyada iştirak edən bütün müştərilərinə təşəkkür edir

“McDonald’s Azərbaycan” şirkəti 2016-cı ilin noyabrın 1-dən 20-dək “McDonald’s” restoranlarında keçirilən “Əl Uzat, Qəlbini Aç” adlı xeyriyyə aksiyasında iştirak edən bütün müştərilərə minnətdarlıq bildirir.

Aksiyanın simvolu kimi səmimiyyət və mərhəməti gətirən uzadılmış kömək əlini ifadə edən “ovuc” stikeri və xüsusi suvenir olan qolbaqlar seçilmişdir.

Ənənəvi olaraq, aksiya Azərbaycandakı bütün “McDonald's” restoranlarında eyni vaxtda keçirilmişdir. 

Cari ilin noyabrın 1-dən 20-dək “McDonald's” restoranında “ovuc” stikerini, qolbaqları və böyük Frenç Frayzı (yalnız 20 noyabr) alan hər bir ziyarətçi xeyriyyə tədbirinin iştirakçısına çevrilib və uşaqlara yardım edib. 

Aksiya zamanı toplanmış 10 min 922 manat vəsait “Valideyin himayəsindən məhrum olmuş uşaqlar üçün №2-li ümumi orta internat məktəbi”nə xüsusi idman meydançasının tikilməsinə sərf ediləcək.

İnternat evinin direktoru Məşədiyeva Dilarə minnətdarlığını bildirib: “Mən sizə belə gözəl bir aksiya təşkil etdiyiniz üçün dərin təşəkkürlüyümü bildirirəm, “Əl Uzat, Qəbini Aç” şüarı sözün əsl mənasında qəlbinizi uşaqlar üçün açdığınıza görə öz adımdan dərin minnətdarlığımı bildirirəm.

“McDonald’s Azərbaycan” şirkətinə və işçi heyətinə xüsusi təşəkkür edirəm. Bildiyim qədər şirkət mütəmadi olaraq bu cür aksiyalar keçirir və onlara bu cür xeyriyyə tədbirlərini daima belə uğurla başa çatdırmalarını və yardım aksiyalarının davamlı olmasını arzu edirəm.”

Qeyd edək ki, “Əl Uzat, Qəlbini aç” aksiyası BMT-nin 20 noyabr 1959-cu il tarixində qəbul edilən deklarasiyaya uyğun olaraq hər il noyabrın 20-si qeyd olunan Ümumdünya Uşaqlar Gününə təsadüf edilmişdir. 