» » » Sabah şaxtalı hava davam edəcək

Sabah şaxtalı hava davam edəcək

Sabah şaxtalı hava davam edəcək

Bakı və Abşeron yarımadasında noyabrın 23-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi  gündüz mülayim cənub küləyi  ilə  əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Ucarliyiq.biz-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 0-4° şaxta,  gündüz  2-5° isti, Bakıda gecə  1-3° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunu ndan 778 mm civə sütununa enəcək.

Nisbi rütubət  75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə  6-11° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.