» » » Xalq artisti efirdə ağladı - VİDEO

Xalq artisti efirdə ağladı - VİDEO

Xalq artisti efirdə ağladı - VİDEO

Xalq artisti Nəzakət Teymurova doğulub böyüdüyü Ağdamı xatırlayıb. 
Ucarliyiq.biz-ın Axşam.az-a istinadla məlumatına görə, ARB TV-də yayımlanan “Gəlin danışaq” proqramına qonaq olan müğənni aparıcı Zümrüd Qasımovanın suallarını cavablandırarkən göz yaşlarını saxlaya bilməyib. 

Ağdamla bağlı kadrları izləyən N.Teymurova “Hər zaman deyirəm ki, gözlərim çox gözəl şeylər görüb. Oradan ailəmi, evimizi, nənəmi, ulu nənəmi, hətta məktəbimi belə xatırlayıram. Bu haqda danışdıqca kövrəlirəm” deyib.

N.Teymurova aparıcının “Sonuncu dəfə ordan nə zaman çıxmısınız?” sualına belə cavab verib:

“Ana və vətən mənimçün toxunulmaz bir şeydir. Sonuncu dəfə Ağdamda tələbəlik illərimdə olmuşam. Bakıda oxuyurdum, tez-tez ora gedib-gəlirdim. Bir dəfə ora gedəndə vəziyyət lap pisləşdi. Saat 7 idi, gördük qalmaq olmur, çıxdıq”.