» » » Baş həkim xəstəxananın torpağını satır?– FOTO

Baş həkim xəstəxananın torpağını satır?– FOTO

Baş həkim xəstəxananın torpağını satır?– FOTO

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına məxsus torpaq sahəsi sahibkarlara satılır.

Ucarliyiq.biz xəbər verir ki, bu barədə azvision.az-a yerli sakinlər məlumat veriblər.

Bildirilib ki, Lənkəran Xəstəxanasının parkinq ərazisinin bir hissəsi baş həkim tərəfindən satılıb. Hazırda həmin ərazidə aptek və mağaza tikilir. Sakinlərin bildirdiyinə görə, yeni təmir olunan xəstəxana 8 ay əvvəl istifadəyə verilib.

Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib. Nazirlikdən verilən məlumata əsasən, satılan ərazinin xəstəxanaya aidiyyatı yoxdur: “Lənkəran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi onun sahəsi üzrə idarəetmə həyata keçirir. 

Xəstəxananın həyətindən kənar hissəyə rəhbərlik cavabdeh deyil. Həmin ərazini yerli icra hakimiyyəti sata və ya icarəyə verə bilər. Bir daha qeyd edirik ki, həmin ərazinin Lənkəran Rayon Mərkəzi Xəstəxanasına heç bir aidiyyatı yoxdur və kənar sahədir”.

Baş həkim xəstəxananın torpağını satır?– FOTO

Baş həkim xəstəxananın torpağını satır?– FOTO

Baş həkim xəstəxananın torpağını satır?– FOTO