» » » Bu gün və sabah geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq

Bu gün və sabah geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq

Bu gün və sabah geomaqnit həyəcanlanma yuxarı səviyyədə olacaq

Hazırda Günəşin səthində 11 ləkə və 1 fəallıq qrupu (ləkələr toplusu – AR) müşahidə olunur. 

Ucarliyiq.biz-ın məlumatına görə, AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, diskin kənarına yaxın yerləşən aktiv region - AR 2612 mürəkkəb maqnit konfiqurasiyasına malik olsa da, güclü alışmanın baş vermə ehtimalı çox aşağıdır. Onun sözlərinə görə, bir azdan bu aktiv region Günəşin fırlanması səbəbindən görünən diskin mərkəzinə keçəcək və o, “geoeffektiv” olacaq. 

“Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur) və bu, artıq G1 səviyyəli geomaqnit qasırğası deməkdir. Bu gün və sabah geomaqnit həyəcanlanmasının yuxarı səviyyədə qalacağı gözlənilir. Səbəb isə Günəş səthində yeni formalaşmış iri “tac dəliyi”dir. “Tac dəlikləri” demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya yönəlir, Yer maqnitosferini həyəcanlaşdırır və geomaqnit qasırğalarına səbəb ola bilir”, deyə E.Babayev bildirib.

E.Babayev vurğulayıb ki, bu günlərdə insanlara daha çox təsir edəcək faktorlar atmosfer təzyiqinin (778 mm c.s.) və temperaturun kəskin dəyişmələri və kosmik havanın şıltaqlığıdır.