» » » Azərbaycanlı məmurun qohumu qəzada öldü - FOTO + VİDEO + YENİLƏNİB

Azərbaycanlı məmurun qohumu qəzada öldü - FOTO + VİDEO + YENİLƏNİB

Azərbaycanlı məmurun qohumu qəzada öldü - FOTO + VİDEO + YENİLƏNİB

İsveçrədə 23 yaşlı azərbaycanlı gənc, Rusiya hökumətinin yüksək vəzifəli məmuru Sübhi Şıxlinskinin qohumu Azər Yaqubovla birlikdə qəzada həlak olan Diana Lebedeva vaxtilə Paris yaxınlığında qəzada həlak olan şahzadə Diananın adını özünə ləqəb seçibmiş.

Ucarliyiq.biz virtualaz.org-a istinadən xəbər verir ki, Mixail Xodorkovskinin ortağı olan və 10 ildən çox həbsdə yatan biznesmen Platon Lebedevin nəvəsi olan Diana Lebedevanın İnstaqram psevdonimi “Ladydd11” (Ledi Diana) olub. İndi sosial şəbəkə iştirakçıları kədərlə qeyd edir ki, 19 yaşlı bu gözəl qız şahzadə Diananın taleyini təkrarladı.

İsveçrə KİV-lərinin xəbərlərinə görə, qəza Luqano gölü sahilindən Cenevrəyə gedən dağ yolunda baş verib. Azər Yaqubovun idarə etdiyi elit krossrover (BMW X6) yolun kənarındakı dəmir baryeri sındıraraq gölə düşüb. Ehtimal olunur ki, qəzaya yüksək sürətlə yanaşı yolun buz bağlaması da səbəb olub və avtomobil idarəetmədən çıxıb.

“Baş sağlığı verirəm...ancaq akkauntu avtoqəzada həlak olan şahzadə Diananın adından götürmək!?!...dərk etmədən həmin finala doğru gedib”, - İnstaqram istifadəçilərindən biri Diana Lebedeva ilə bağlı yazır.

İstifadəçilər daha bir mistik detala diqqət çəkirlər: şahzadə Diananın 1997-ci ildə sevgilisi ilə birlikdə qəzada həlak olmasından düz 19 il keçmiş 19 yaşlı “Lady Diana” eyni ssenari ilə həlak oldu.

14:55

İsveçrədə tanınmış rusiyalı biznesmen Platon Lebedovun 19 yaşlı qızı azərbaycanlı ilə birgə ağır yol qəzasında həlak olub.

Ucarliyiq.biz znak.com-a istinadən xəbər verir ki, hadisə Kastanyol yaşayış məntəqəsi yaxınlığında baş verib. 

Diananın dostu olaraq təqdim edilən azərbaycanlı 23 yaşlı Azər Yaqubovun idarə etdiyi avtomobil körpüdən Luqano gölünə aşıb. Batan avtomobili tapmaq üçün xilasedicilərə kran lazım olub. 

Life.Ru-nun məlumatına görə, A.Yaqubov Rusiya hökumətinin hüquq departamentinin idarə rəisi Sübhi Şıxlınskinin yaxın qohumudur. Gənc adam son 9 ili isveçrədə yaşayır. Həlak olan Yaqubovun qohumları artıq İsveçrədədirlər. 

Baş verən qəzanın səbəbləri müəyyənləşdirilir. Qeyde dək ki, Lebedyevanın ölümü rsmi olaraq təsdiqlənməyib. 